525.Az

Makron: “Fransa Suriyada hərbi iştirakını artıracaq”


 

Makron: “Fransa Suriyada hərbi iştirakını artıracaq”<b style="color:red"></b>

Fransa Suriyada hərbi iştirakını artıracaq. 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fransa prezidenti Emmanuel Makron Vaşinqtonda keçirdiyi mətbuat konfransında bəyan edib. 

“Biz Suriyadakı beynəlxalq koalisiyanın fəaliyyətinə verdiyimiz töhfəni artırmaq niyyətindəyik.  İŞİD-lə mübarizə məsələsində bütün öhdəliklərimizə sadiqik. Biz bu ümumi mübarizədə iştirak edirik və bunu sonadək davam etdirəcəyik. Bölgədəki təhlükəsizliyi möhkəmləndirmək üçün müttəfiqlərimizlə birlikdə çalışacağıq”, deyə E.Makron qeyd edib.

 





26.04.2018    çap et  çap et