525.Az

“Facebook” I rübdə reklamdan 12 milyard dollar gəlir əldə edib


 

“Facebook” I rübdə reklamdan 12 milyard dollar gəlir əldə edib<b style="color:red"></b>

Dünyanın nəhəng sosial şəbəkəsi olan “Facebook”un 2018-ci ilin I rübündə xalis gəliri 1,6 dəfə artaraq 4,988 mlrd. dollar təşkil edib. 

“APA-Economics” şirkətin illik hesabatına əsasən xəbər verir ki, 2018-ci ilin I rübündə cəmi aktivlərin həcmi 88 mlrd. 945 mln. təşkil edib ki, bu da ötən illə müqayisədə 29,44% çoxdur. 

“Facebook”un cəmi öhdəlikləri 2018-ci ilin birinci rübündə 11 mlrd. 325 mln. təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 73,54% çoxdur. 

Şirkətin reklamdan əldə etdiyi gəlir 11 mlrd. 795 mln. təşkil edib ki, bu da 2017-ci ilin birinci rübü ilə müqayisədə 1,5 dəfə çoxdur. 

Əməliyyatlardan daxil olan gəlir  5 mlrd. 449 mln. təşkil edib. Bu isə ötən illə müqayisədə 15,82% çox deməkdir. 

Sosial şəbəkənin aktiv istifadəçilərinin sayı aprel ayının 1-nə 1,45 milyard nəfərə çatıb ki, bu da 2017-ci ilin I rübü ilə müqayisədə 13% çoxdur, aktiv istifadəçilərin aylıq sayı isə 13% artıb.

 

 





26.04.2018    çap et  çap et