525.Az

AZAL İsrailə uçuşların sayını artırıb


 

AZAL İsrailə uçuşların sayını artırıb<b style="color:red"></b>

“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) yay mövsümü ilə əlaqədar İsrailə həyata keçirilən uçuşların sayını artırıb. 

“APA-Economics” xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. 

Məlumata görə, Bakıdan Təl-Əvivə uçuşların sayı 5-ədək artırılıb. 

“10 iyundan 25 oktyabra kimi həftənin çərşənbə axşamı 1, cümə axşamı 2 və bazar günləri 2 dəfə İsrailin mədəni və iqtisadi mərkəzi olan Tel-Əvivə uçuşlar yerinə yetiriləcək”, - deyə məlumatda qeyd olunur. 

Qeyd edək ki, hazırda AZAL Bakıdan Tel-Əvivə həftədə iki dəfə, çərşənbə axşamı və bazar günləri, aviareys həyata keçirir.

 





26.04.2018    çap et  çap et