525.Az

BP şirkətinin Direktorlar Şurasına yeni rəhbər təyin edildi


 

BP şirkətinin Direktorlar Şurasına yeni rəhbər təyin edildi <b style="color:red"></b>

Böyük Britaniyanın BP şirkətinin Direktorlar Şurasına yeni rəhbər təyin edilib. 

"APA-Economics" şirkətə istinadən xəbər verir ki, 2019-cu ilin yanvarın 1-dən bu vəzifəni Helge Lund icra edəcək. 

Məlumata görə, 2018-ci ilin sentyabrın 1-dən etibarən H.Lund BP-nin Direktorlar Şurasının üzvlüyündə təmsil olunacaq. O, gələn ilin yanvarın 1-dən Direktorlar Şurasının sədri kimi fəaliyyət göstərəcək. 

Yeni təyinatla əlaqədar H.Lund Danimarkada "Novo Nordisk AS"nin sədri vəzifəsindən, eləcə də "Schlumberger"in rəhbərliyindən istefa verəcək. 

Qeyd edək ki, hazırda BP-nin Deirektorlar Şurasının sədri və qeyri-icraçı direktoru Karl Henrik Şvanberqdir.

 





26.04.2018    çap et  çap et