525.Az

Ermənistanda yeni baş nazirin seçilməsi məsələsi mayda müzakirə olunacaq


 

Ermənistanda yeni baş nazirin seçilməsi məsələsi mayda müzakirə olunacaq<b style="color:red"></b>

Ermənistanda yeni baş nazirin seçilməsi məsələsi may ayında müzakirə ediləcək. 

APA-nın “aysor.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan parlamentinin sədri Ara Babloyanın bəyanatında deyilir. 

Qeyd edilib ki, məsələ ilə bağlı mayın 1-də xüsusi iclas keçiriləcək. 

Qeyd edək ki, Serj Sarkisyan baş nazir postundan və hakim Respublika Partiyasının sədrliyindən istefa verib.

 





26.04.2018    çap et  çap et