525.Az

Merkel Azərbaycan prezidentini təbrik etdi


 

Merkel Azərbaycan prezidentini təbrik etdi<b style="color:red"></b>

Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib. 

APA-nın məlumatına görə, təbrikdə deyilir: 

“Zati-aliləri cənab. Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Mən dövlətlərimiz və cəmiyyətlərimiz arasındakı əlaqələrin daha da dərinləşməsini dəstəkləyirəm.

Almaniya Azərbaycanı siyasi və iqtisadi modernləşmə yolunda gələcəkdə də tərəfdaş kimi dəstəkləməyə hazırdır. Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirəm”.

 





26.04.2018    çap et  çap et