525.Az

Azərbaycan rəssamları Beynəlxalq simpoziumda


 

Azərbaycan rəssamları Beynəlxalq simpoziumda<b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rəssamlıq fakültəsinin Dizayn və dekorativ tətbiqi sənət kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü Arif Əziz və Təsviri sənət kafedrasının müəllimi, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü Səmədağa Cəfərov Bolqarıstanda keçirilən Beynəlxalq simpozium-festivalda Azərbaycanı təmsil ediblər.

17-24 aprel tarixlərində Bolqarıstanın Veliko Tırnova şəhərində keçirilən Beynəlxalq simpozium-festivalda  15 ölkədən nümayəndə heyətinin qatılıb.

Bir həftə ərzində rəssamlar sərbəst mövzuda kətan üzərində əsərlər yaradıblar. Festival çərçivəsində son gün Azərbaycana həsr edilib və Bolqarıstanın tanınmış rəssamı Xristo Panev Arif Əzizə "Qızıl Palitra" Dünya Rəssamlıq Akademiyasının ən yüksək mükafatını təqdim edib.

Beynəlxaq simpozium-festivalda adlarını çəkdiyimiz Azərbaycanın tanınmış rəssamları yüksək səviyyədə qarşılanaraq əsərləri müxtəlif mükafat və diplomlarla təltif olunub.

 





26.04.2018    çap et  çap et