525.Az

Gəncədə sahibkarlar və şirkətlərin maliyyələşməsi imkanlarına dair seminar


 

MALİYYƏ MƏNBƏLƏRİNƏ ƏLÇATANLIQ VƏ KORPORATİV İDARƏETMƏ MƏSƏLƏLƏRİ QƏRB BÖLGƏSİNİN SAHİBKARLARI İLƏ MÜZAKİRƏ EDİLİB

Gəncədə sahibkarlar və şirkətlərin maliyyələşməsi imkanlarına dair seminar <b style="color:red"></b>

Gəncə şəhərində "Kapital bazarları vasitəsilə maliyyələşmə və korporativ idarəetmə" mövzusunda maarifləndirici tədbir keçirilib.

Şirkətlərin müasir beynəlxalq standartlara uyğun səhmləşməsi, onların qiymətli kağızlar vasitəsilə  maliyyə vəsaitlərini cəlb etməsi imkanları Gəncədə Qərb bölgəsinin sahibkarları ilə müzakirə edilib. Bu sahədə maaarifləndirmə işinin təşkili, eyni zamanda, sahibkarların koorporativ idarəetmə üsullarına meylini artırmağa həsr edilən təqdimatlarda şirkətlərin maliyyə bazarlarına əlçatanlığının təmini sualları müzakirə edilib.

Şirkətlər müasir standartlara uyğun koorporativ idarəetmə standartlarını öz müəssisələrində nə cür tətbiq edə bilərlər?; Onlar Bakı Fond Birjasının listinq məsləhət proqramına necə qoşula bilərlər? - suallarının konkret cavabları  da sahibkarlara  təqdim edilib. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyasının (ASK)  silsisə xarakterli tədbiri Gəncədən öncə Bakıda baş tutub, bu mövzuda seminarların ölkəmizin digər bölgələrində də keçirilməsi planlaşdırılır.

ASK-nın vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, bu görüş kiçik və orta sahibkarlıq sahəsində istehlak mallarının istehsalı strateji yol xəritəsinin hədəflərindən biri olan sahibkarların maliyyə əlçatanlığını artıran tədbirlərindən biridir. ASK bu tədbiri Maliyyə Bazarlarına Nəzarət Palatası və Bakı Fond Birjası ilə birlikdə təşkil edib.

Zakir MURADOV
Gəncə

 





26.04.2018    çap et  çap et