525.Az

Turizm və Menecment Universitetində tələbələr üçün təlim


 

Turizm və Menecment Universitetində tələbələr üçün təlim <b style="color:red"></b>

Azərbaycan Turizm və Menecment Universitetində "Turizmin inkişafı dövründə maliyyə bazarlarına virtual səyahət" mövzusunda təlim keçirilib.

Universitetin mətbuat xidmətindən verilən məlumata görə, treninq Biznes idarəçiliyi fakültəsi, İqtisadiyyat kafedrası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiası və "İnvest-AZ" investisiya şirkətinin birgə təşkilatçılığı ilə reallaşıb.

Təlimin kordinatoru, İqtisadiyyat kafedrasının dosenti Səkinə Hacıyeva bildirib ki, Azərbaycanda fond bazarının inkişaf etdirilməsi hazırda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. O qeyd edib ki, ölkəmizdə bir sıra sahibkarlıq strukturları iqtisadiyyatın müxtəlif sahələri üçün milli rəqabətqabiliyyətli kadrların hazırlanması işində yaxından iştirak edərək öz korporativ sosial məsuliyyət siyasətlərinin reallaşdırılması çərçivəsində çoxşaxəli işlər görürlər.

Keçirilən təlimin əhəmiyyətindən danışan S.Hacıyeva həyata keçirilən layihənin iqtisadiyyat-maliyə sektorunda karyera qurmaq istəyən tələbələrə öz bilik və bacarıqlarını daha da artırmağa imkan verəcəyini deyib.

Daha sonra Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının sədri Ceyhun İbahimov və "İnvest-AZ" investisiya şirkətinin təhsil meneceri Rövşən Məmmədov tələbələrə təlim keçiblər.

Sonda treninqdə iştirak edən tələbələrə sertifikatlar verilib.

Qeyd edək ki, təlim prezidentin müvafiq fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planına uyğun olaraq keçirilib.

C.ABASOV

 





26.04.2018    çap et  çap et