525.Az

Prezident Tovuz camaatı ilə görüşüb


 

Prezident Tovuz camaatı ilə görüşüb<b style="color:red"></b> Prezident İlham Əliyev respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Tovuz rayonuna gəlib. Lent.az-ın məlumatına görə, prezident İlham Əliyev rayonun Qovlar şəhər mədəniyyət və istirahət parkının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub,  görülmüş işləri yüksək qiymətləndirib.
 
Dövlət başçısı Tovuzda Hemodializ Mərkəzinin açılışında iştirak edib, hemodializ şöbəsi ilə tanış olub. Bildirilib ki, burada müasir tipli 20 hemodializ aparatı quraşdırılıb.

Mərkəzlə tanışlıqdan sonra Azərbaycan prezidenti tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Rayon sakini Aybəniz Dəmirova göstərdiyi yüksək diqqət və qayğıya görə tovuzlular adından dövlətimizin başçısına minnətdarlığını çatdırıb.
 





05.07.2013    çap et  çap et