525.Az

Bakıda mənzildən 20 min manatlıq qızıl oğradılar


 

Bakıda mənzildən 20 min manatlıq qızıl oğradılar<b style="color:red"></b>

Bakıda mənzildən külli miqdarda qızıl oğurlanıb.

Bu barədə APA-ya Yasamal rayon Polis İdarəsindən bildirilib.

Hadisə ötən gecə M.Seyidov küçəsi ev 33, mənzil 28 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Nərminə Polad qızı Qarayeva polisə müraciət edərək evindən 20 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Hazırda polis hadisənin üstünün açılması istiqamətində tədbirləri davam etdirir.

 





05.10.2012    çap et  çap et