525.Az

Maradona istefaya getmək fikrini dəyişdi


 

Maradona istefaya getmək fikrini dəyişdi <b style="color:red"></b>

Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Füceyrə” futbol komandasının baş məşqçisi, dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona istefaya getmək fikrini dəyişərək klubla müqaviləni daha 1 il müddətinə uzadıb. 

APA-nın xəbərinə görə, bu barədə “Əl-Füceyrə” futbol klubunun  rəsmi “Tvitter” səhifəsində bildirilir. 

Aprelin 27-də Maradonanın “Əl-Füceyrə”nin baş məşqçisi postundan istefa verdiyi barərə məlumat yayılmışdı. Buna səbəb kimi BƏƏ çempionatının ikinci divizionunda çıxış edən “Əl-Füceyrə”nin yüksək liqaya birbaşa vəsiqə qazana bilməməsi göstərilirdi.  

Qeyd edək ki, Maradona 2017-ci ilin mayında kluba gətirilib. Bundan əvvəl o Argentinanın “Rasinq” (1995-ci il), Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vəsl” (2011-2012) klubu və Argentina yığmasına (2008-2010) başçılıq edib. 

 





01.05.2018    çap et  çap et