525.Az

KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan etdi


 

KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan etdi<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildönümü ilə əlaqədar fərdi jurnalist yazıları müsabiqəsi elan edib. 

KİVDF-dən 525.az-a verilən məlumata görə, 19 istiqamət üzrə elan edilən müsabiqədə müsabiqə elan olunan günədək ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media  resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər. 

Yazıların qəbulu mayın 4-də başlayır, iyulun 12-də başa çatır. Yazılar 10 ballıq sistem üzrə qiymətləndiriləcək, maksimum 50 bal müəyyən olunacaq. 30-dan aşağı bal toplamış yazı müəllifləri mükafatçılar siyahısına düşmür. Müsabiqədə hər istiqamət üzrə 6 qalib müəyyən ediləcək. Birinci yer üçün bir nəfərə 500 manat, ikinci yer üçün iki nəfərə 400 manat, üçüncü yer üçün 3 nəfərə 300 manat mükafat veriləcək.

 





02.05.2018    çap et  çap et