525.Az

Kim Çen Inn xanımının şəklini çəkən fotoqrafı itələdi - Video


 

Kim Çen Inn xanımının şəklini çəkən fotoqrafı itələdi - <b style="color:red">Video</b>

Ötən həftə baş tutan Şimali və Cənubi Koreya liderlərinin görüş zamanı Kim Çen Inn ilk dəfə 28 yaşlı həyat yoldaşı Ri Sol Çu ilə dünya mediasının qarşısına çıxıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Kim Çen Cənubi Koreyaya səfəri zamanı xoşagəlməz hadisə ilə rastlaşıb.

Belə ki, o, görüşdə xanımının şəklini çəkən fotoqrafı əli ilə itələyib.

Özünün edam hökmləri ilə dünyada tanınan Cənubi Koreya liderinin bu dəfə fotoqrafı sadəcə itələməklə kifayələnməsi hər kəsin təəccübünə səbəb olub.

Qeyd edək ki, Kim Çen Inn 1950-1953-cü illəri əhatə edən Koreya müharibəsinin ardından Cənubi Koreyaya səfər edən ilk Şimali Koreya lideri olub. Tərəflər 65 ildir davam edən müharibənin bu il rəsmi olaraq yekunlaşacağını elan ediblər.

 





03.05.2018    çap et  çap et