525.Az

Mətbuat Şurasında Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatı oldu


 

Mətbuat Şurasında Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatı oldu<b style="color:red"></b>

Dünən Azərbaycan Mətbuat Şurasında yazıçı-jurnalist Məzahir Süleymanzadənin Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş "Ruhun şad olsun, ustad!" kitabının təqdimatı keçirilib.

Şuradan APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov redaktoru əməkdar jurnalist Yusif Kərimovun olduğu kitabda Ümummilli lider Heydər Əliyev haqqında tanınmış qələm sahiblərinin, mətbuat işçilərinin xatirələrinin,  təəssüratlarının cəmləşdiyini, həmçinin, müsahibələrin  yer aldığını diqqətə çatdırıb.

"Ruhun şad olsun ustad!" kitabının redaktoru Yusif Kərimov bildirib ki, nəşrin başlıca xüsusiyyəti onun xatirələr toplusundan ibarət olmasıdır. Y.Kərimov çıxışında, həmçinin, Heydər Əliyevlə təmaslarındakı ayrı-ayrı epizodik məqamlardan söz açaraq onu diqqətli, alicənab və son dərəcə həssas dövlət xadimi kimi xatırladığını deyib.

"Ruhun şad olsun, ustad!" kitabının müəllifi Məzahir Süleymanzadə Heydər Əliyev şəxsiyyəti barədə fikir bildirməyin son dərəcə çətin və məsuliyyətli iş olduğunu vurğulayıb. Buna görə də uzun müddət düşüncələrini bölüşmədiyini diqqətə çatdırıb: "Ancaq Heydər Əliyevin çıxışları, görüşləri bütün dövrlər üçün aktualdır, xüsusən də gələcək nəslə son dərəcə vacibdir Buna görə də yalnız 2001-ci ildə bir qrup tanınmış qələm sahibinin fikirlərini "Prezident Heydər Əliyevin jurnalistika dərsi" kitabımda ümumiləşdirdim".

Tədbirdə çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas, "Azərbaycan" qəzetinin əməkdaşı Flora Sadıqlı, "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu və başqaları Heydər Əliyevi jurnalistikaya və bütövlükdə söz sənətinə qiymət verən tarixi şəxsiyyət kimi səciyyələndirən xüsusiyyətlərdən danışıblar.

 





08.05.2018    çap et  çap et