525.Az

“Mənim Azərbaycanım” fotomüsabiqəsi başlayır


 

“Mənim Azərbaycanım” fotomüsabiqəsi başlayır<b style="color:red"></b> Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq “Mənim Azərbaycanım” internet fotomüsabiqəsinin başlanmasını elan edir.
 
Müsabiqə 3 nominasiya üzrə təşkil olunur:
 
Təbiət - Azərbaycanın gözəl mənzərələri
Tarix - Azərbaycanın adət ənənələriтш, zəngin tarixini əks etdirən fotolar
“Ən orijinal” foto.
 
Müsabiqə üçün fotoşəkillər 1 iyul - 31 oktyabr 2013-cü il tarixləri arasında qəbul olunur.
 
Qalibləri müəyyən etmək üçün internetdə noyabrın 1-25-də onlayn səsvermə keçiriləcək. Onlayn səsvermənin nəticələrinə və dövlət, özəl və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən təşkil olunan münsiflər heyətinin rəyinə uyğun olaraq qaliblər müəyyən edilərək onlara qiymətli mükafatlar təqdim olunacaq (hər nominasiya üzrə 1-ci yer – noutbuk, 2-ci yer – netbuk, 3-cü yer – 3G mobil telefon).
 
İştirakçılar hər nominasiya üzrə maksimum 3 foto şəkil göndərə bilər. Fotoşəkillər keyfiyyətli olmalı və göndərilən hər bir fotoşəkil üçün müvafiq məlumatlar (şəklin adı və qısa təsviri, çəkilmə tarixi (gün,ay,il), yer (şəhər, rayon, qəsəbə, kənd) qeyd edilməli, eləcə də iştirakçının təqdim etdiyi şəkillər üzrə müəlliflik hüququ göstərilməlidir.
 
Müsabiqənin mövzusuna uyğun gəlməyən, zorakılığı təsvir edən, milli mentalitetə yad olan fotoşəkillər müsabiqəyə buraxılmır.
 
Fotoşəkillər www.iktili.az saytı vasitəsilə birbaşa yüklənir.
 
Qaliblərin mükafatlandırılması 6 dekabr - rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı ərəfəsində aparılacaq.
 





08.07.2013    çap et  çap et