525.Az

“Sahil bağı”nda rəsm müsabiqəsi - Fotolar


 

“Sahil bağı”nda rəsm müsabiqəsi - <b style="color:red">Fotolar </b>

“Sahil bağı”nda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Səbail Rayon İcra Hakimiyyətinin təşkilatşılığı ilə rayon məktəbliləri və gənc rəssamların iştirakı ilə  "Heydər Əliyev və Azərbaycan" mövzusunda rəsm müsabiqəsi keçirilib.

Rayonun orta məktəblərində, həmçinin Bakı Oksford məktəbində oxuyan 200-dən çox məktəbli, ali məktəblərin tələbələri, 100-dən çox gənc rəssam Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın portretlərini, həmçinin doğma Azərbaycanın müxtəlif güşələrini, gözəl mənzərə və gül kompozisiyalarını əks etdirən  müxtəlif rəsmlər çəkiblər. Tanınmış rəssamlar, eləcə də müəllimlər məktəblilərə rəsmlərin çəkilişində müvafiq məsləhətlər veriblər.

Eyni zamanda parkda gənc rəssamların mövzuya aid çəkdikləri rəsmlərdən ibarət sərgi də nümayiş etdirilmiş, sərgi tədbirin qonaqları və parka toplaşan paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanmışdir. Gənc rəssamlar öz əsərlərinin nümayisi vaxtı tamaşaçılara əsərləri ilə bağlı izahlar vermişlər. 

Rayon musiqi məktəblərinin ansablları, solistləri, rəqqasları Sahil parkına toplaşanlar üçün konsert proqramları ilə çıxış etmişlər. Məktəblilərin iştirakı ilə müxtəlif Fleş-moblar keçirilmişdir.

Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağali İbrahimovun rəhbərliyi, Uşaq Yaradıcılıq Mərkəzinin və rayon nümayəndələrinin iştirakı ilə yaradılmiş münsiflər heyəti məktəblilərin rəsmlərinə baxaraq qalibləri müəyyən etmişdir.  Müsabiqənin qalibləri Səbail RİH-nin Fəxri Fərmanları və hədiyyələri ilə, digər iştirakçılar və sərgidə əsərləri nümayiş etdirilən gənc rəssamlar Səbail RİH  sertifikatları  ilə mükafatlandırılıblar.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, YAP Səbail Rayon Təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, tanınmış ictimai xadim Fəxriyyə Xələfova və digər rəsmi qonaqlar, rayonun idarə, təşkilarlarının rəhbərləri, ali məktəb rektorları, pedaqoji kollektivlərin, veteranların və ictimaiyyətin nümayəndələri parkı gəzmiş. məktəblilərin çəkdikləri rəsmlər, parkdakı sərgi və burada yaradılan gül kompozisiyaları ilə tanış olublar.

 





10.05.2018    çap et  çap et