525.Az

Runi “Everton”dan ayrılır


 

Runi “Everton”dan ayrılır<b style="color:red"></b>

“Everton”un hücumçusu Ueyn Runi karyerasını ABŞ-da davam etdirə bilər.

Apasport.az saytının “Daily Mail”ə istinadən məlumatına görə, ingilis futbolçu klub rəhbərliyini MLS klublarından “Di Si Yunayted”ə keçmək istədiyinə dair məlumatlandırıb. 

Runinin agentləri artıq danışıqlar üçün ABŞ-a yollanıblar. Mümkün transfer 12,5 milyon funt sterlinq dəyərində qiymətləndirilir. 32 yaşlı forvardın müqaviləsi 2020-ci ilə qədər nəzərdə tutulacaq. 

MLS-də “transfer pəncərəsi” 10 iyulda açılır. Bu səbəbdən, sözügedən ərəfələrdə transferin rəsmi olaraq açıqlanacağı gözlənilir.

 





10.05.2018    çap et  çap et