525.Az

Arda Turan rekord cəza aldı


 

Arda Turan rekord cəza aldı <b style="color:red"></b>

Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komissiyası "Başakşehir" komandasının oyunçusu Arda Turan haqqında qərarını açıqlayıb. 

APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, A. Turan 16 rəsmi matçda oynamaqdan məhrum edilib. 

Qeyd edək ki, Türkiyə Super Liqasının 32-ci turunda keçirilən "Başakşehir" - "Sivasspor" qarşılaşmasında Arda yan hakimin qərarına etirazını bildirib və onu itələyib.

Nəticədə baş hakim ona qırmızı vərəqə göstərib. Bu qərardan sonra o, baş hakimin üstünə yeriyərək yumruğunu göstərməklə onu hədələyib.

 





10.05.2018    çap et  çap et