525.Az

Ronaldo “Barsa”ya vurduğu qolu niyə qeyd etməyib?


 

Ronaldo “Barsa”ya vurduğu qolu niyə qeyd etməyib?<b style="color:red"></b>

“Real”ın futbolçusu Kriştiano Ronaldonun İspaniya La Liqasının 36-cı turunda “Barselona” ilə oyunda (2:2) vurduğu qolun sevincini qeyd etməməsinin səbəbi bəlli olub.

Qol.az-ın xəbərinə görə, bu barədə portuqaliyalı hücumçu “Daily Star”a açıqlamasında məlumat verib.

O, sabiq baş məşqçisi Aleks Fergüsson komada olduğu üçün qolu bayram etmədiyini deyib: “Əgər mənə futbol oynamağı öyrədən insan xəstəxanada həyatla mübarizə aparırsa, mən necə sevinə bilərəm?” – deyə o qeyd edib.

Xatırladaq ki, Ronaldo 2003-2009-cu illərdə “Mançester Yunayted”də Fergüssonun rəhbərliyi altında çıxış edib.

 





10.05.2018    çap et  çap et