525.Az

Musiqili Teatrda Elçinin 75 illik yubileyi ilə əlaqədar tamaşa göstəriləcək


 

Musiqili Teatrda Elçinin 75 illik yubileyi ilə əlaqədar tamaşa göstəriləcək <b style="color:red"></b>

Mayın 13-də Azərbaycan Dövlət Musiqili Teatrında xalq yazıçısı Elçinin 75 illik yubileyi ilə əlaqədar onun məşhur hekayələri əsasında hazırlanan "Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediyası nümayiş olunacaq.

Teatrdan 525.az-a verilən məlumata görə, teatrla kinonun sintez edildiyi bu tamaşada adət və ənənələrimizə söykənən hadisələr Bakı kəndlərinin birində cərayan edir.

Elə ilk premyera günündən indiyədək tamaşaçıların böyük marağına səbəb olan və mövsümün ən çox tələb edilən tamaşaları sırasında yer alan bu möhtəşəm səhnə əsəri görkəmli yazıçı Elçinin daxili dünyasının zənginliyinin bariz nümunəsidir.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru xalq artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni əməkdar artist Nofəl Vəliyev, quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.

Tamaşada səslənən manhnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Novruz Əliyev, Çingiz Əhmədov, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Əmrah Dadaşov, Mehriban Zalıyeva, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Fərid Rzayev, Gültac və Hüseyn Əlililər, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Elçin İmanov, Şaban Cəfərov, Ağaxan Şərifov, Telnaz Hüseynova, Nigar Qarayeva, Rahib Məmmədzadə və başqaları ifa edirlər.

Xatırladaq ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

 





10.05.2018    çap et  çap et