525.Az

"Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media" - Fotolar


 

YENİ LAYİHƏNİN SEÇİM MƏRHƏLƏSİ KEÇİRİLİB

"Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media" - <b style="color:red">Fotolar</b>

"Loqos"un Azadlıq filialında Azərbaycan Mətbuat Şurası, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi (PXTİB),"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə həyata keçirəcəyi "Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media" layihəsinin seçim mərhələsi olub.

Seçim mərhələsində "Loqos" PNİM-in rəhbəri Təranə Məmmədova, Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Milli Ensiklopediyanın direktor müavini şair Vaqif Bəhmənli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, "Loqos" jurnalının baş redaktoru Rəhilə Gülgün, PXTİB-nin icraçı direktoru Leyla Kərimova iştirak ediblər.

Seçim mərhələsində "Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media" layihəsində iştirak etmək üçün qeydiyyatdan keçən jurnalistlər qəbul edilib və onlara layihə haqqında ətraflı məlumat verilib.

Məlumat üçün bildirək ki, çoxsaylı media nümayəndələrinin müraciətlərini nəzərə alaraq layihədə iştirak etmək üçün qeydiyyat müddəti  mayın 26-na kimi uzadılıb.

Layihədə iştirak etmək istəyən media nümayəndələri həmin tarixə qədər "Loqos"un Azadlıq filialına müraciət edib anket formasını doldura bilərlər.

Layihənin açılış mərasimi mayın 29-da keçiriləcək.

Şahanə MÜŞFİQ

 





11.05.2018    çap et  çap et