525.Az

Heydər Əliyevin 95 illiyinə həsr olunmuş şahmat turnirinə yekun vuruldu


 

Heydər Əliyevin 95 illiyinə həsr olunmuş şahmat turnirinə yekun vuruldu <b style="color:red"></b>

Dünən "Azərbaycan" nəşriyyatı, Şahmat Federasiyası, Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan İdman Jurnalistləri Assosiyasiyasının dəstəyi ilə jurnalistlər arasında Ümümmilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş şahmat turnirinə yekun vurulub.

Tədbiri giriş sözü ilə açan nəşriyyatın baş direktoru Ağabəy Əsgərov Ümummilli lider Heydər Əliyevin Azərbaycanda bütün sahələrə olduğu kimi, eləcə də şahmatın inkişafına həmişə böyük və qayğı göstərdiyini vurğulayıb.

Qeyd edək ki, 22-ci dəfə keçirilən turnirə  9 mətbuat orqanından 14 jurnalist qatılıb.

Yarışda ən yüksək nəticəni AZƏRTAC-dan Ramiz Quliyev, "Metro" qəzetindən  Rövşən Abbasov, "Azxəbər.com"dan  Mehdi Abbasov və "Sport-24.az"dan Ceyhun Əliyev əldə edib. Bu iştirakçıların hər biri 7 xal toplayıb.

Xallar bərabər olan halda qalib FİDE-nin qaydalarına görə, əmsallar cədvəlindən istifadə etməklə müəyyən olunur. Lakin bu dəfə əmsallar eyni olduğundan 7 xal toplayan iştirakçıların dördü də qalib hesab edilib.

Tədbirin sonunda "Azərbaycan" nəşriyyatının baş direktoru Ağabəy Əsgərov qaliblərə qiymətli hədiyyələr təqdim edib.

Ruzbeh MƏMMƏD

 





11.05.2018    çap et  çap et