525.Az

"Zərdabi Mətbuat Mərkəzi" yeni layihənin icrasına başladı


 

"Zərdabi Mətbuat Mərkəzi" yeni layihənin icrasına başladı <b style="color:red"></b>

"Zərdabi Mətbuat Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdıracağı "Mediada vətənpərvərliyin təbliği ilə bağlı ictimai müzakirələrin təşkili" layihəsinin icrasına başlayıb. 4 ay müddətində gerçəkləşdiriləcək layihə 2018-ci ilin may-avqust aylarını əhatə edəcək.

Milli qəhrəmanların cəmiyyətə daha yaxından tanıdılması məramına söykənmiş layihədən konkret məqsəd Milli Qəhrəmanların örnək səciyyə daşıyan həyat və fəaliyyəti barədə qəzet, jurnal, informasiya agentlikləri nümayəndələrinin iştirakı ilə ictimai müzakirələrin təşkilindən, medianın Milli Qəhrəmanların təbliği sahəsindəki faəliyyətinə dəstək olmaqdan, mediada və ictimaiyyət içərisində vətənpərvərlik təbliğatını gücləndirməkdən, mövcud prosesə əlavə stimul verməkdən ibarətdir.

Layihə çərçivəsində ölkənin 3 bölgəsində - Salyan, Tərtər və Mingəçevirdə  "dəyirmi masa"lar keçiriləcək Tədbirlərdə layihənin məqsəd və vəzifələri barədə iştirakçılara məlumat veriləcək. Həmçinin, Salyan, Tərtər və Mingəçevirdən olan Milli Qəhrəmanlar - Şahin Tağıyev, Vəzir Orucov (Tərtər), Ruslan Muradov (Mingəçevir) və onlara bərabər tutulan digər şəxslərin keçdikləri döyüş yolunun elektron mediada və sosial şəbəkələrdən işıqlandırılması xüsusiyyətləri, mövcud istiqamətdəki neqativ və pozitiv cəhətlər diqqətə çatdırılacaq.

 





11.05.2018    çap et  çap et