525.Az

11-ci "Beynəlxalq Expo Batumi-2018" sərgisi açıldı - Foto


 

11-ci "Beynəlxalq Expo Batumi-2018" sərgisi açıldı - <b style="color:red">Foto </b> Gürcüstanın Batumi şəhərində 11-ci "Beynəlxalq Expo Batumi-2018" turizm və otel avadanlıqları sərgisinin açılışı olub.

Batumidəki otellərdən birində baş tutan açılışda Gürcüstanın Acarıstan Muxtar Respublikası təhsil, mədəniyyət və idman naziri İnqa Şamilişvili, maliyyə və iqtisadiyyat naziri Ramaz Bolkvadze, sağlamlıq və sosial müdafiə naziri Zaal Mikeledze, kənd təsərrüfatı naziri Avtandil Meskhidze, Türkiyənin Batumidəki baş konsulu Makbule, Koçak, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi, Sinop bəlıdiyyə sədri Baki Ergül, Hopa məmuru Abdurrezzak Canpolat, diplomatlar, turizm işçiləri və digər dəvətlilər iştirak ediblər.

İrfan Çiftçi açıqlamasında son dərəcə önəmli olan sərginin Türkiyə tərəfindən ciddi şəkildə dəstəkləndiyini bildirib.

Ziyarıtçilərin sərgiyə böyük maraq göstərdiyini deyən müşavir turizm mərkəzi olan Batumini ziyarət edən turistlərin sərgiyə böyük maraq göstərdiklərini vurğulayıb.

Bu il Türkiyənin sərgiyə geniş mədəni fəaliyyətlərlə qatıldığını diqqətə çatdıran İ.Çiftçi qeyd edib ki, bu il, xüsusən, Türkiyədən qatılan heyətdə böyük artım var.

Sərgidəki Türkiyə stendində xalq tamaşaları göstərilib, ziyarətçilərə türk mətbəxindən şirniyyatlar təqdim olunub.

80 şirkətin iştirak etdiyi sərgidə Türkiyədən 25 şirkət, heyət qatılıb.

Sərgi mayın 13-nə qədər davam edəcək.

Cavid QƏDİR



 

 





12.05.2018    çap et  çap et