525.Az

Bakıda ev heyvanlarına qarşı vəhşicəsinə davranılır- Foto


 

Bakıda ev heyvanlarına qarşı vəhşicəsinə davranılır- <b style="color:red">Foto</b>

Bakıda ev heyvanlarına qarşı vəhşicəsinə davrananlar var. Day.Az saytı yazır ki, bu barədə vətəndaşlar bildirib. Biri pişik balasının quyruğunu kəsərək onu “28 May” metrosunun yanında ölümcül vəziyyətdə qoyub. Başqa yerdə iki pişik balasının öldürərək elə o stansiyanın yanında basdırıblar.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun dediyinə görə, Bakıda pişik balalarının öldürülməsilə bağlı rəsmi informasiya almayıblar.

“Bu, sahibsiz heyvanlara qarşı vəhşilikdir. Əgər belə fakt varsa, araşdırmağa hazırıq. Qoy vətəndaşlar müvafiq polis idarəsinə müraciət etsinlər, məlumat versinlər. Günahkar və ya günahkarlar barəsində qanun çərçivəsində tədbirlər görüləcək”, - Q.Rəhimov deyib.

Sahibsiz Heyvanların Müdafiəsi Birliyinin rəhbəri Leyla Əlizadə pişik balalarının qətlə yetirilməsindən xəbərdar olduğunu deyib.

“Hazırda könüllülər və birliyimiz pişik balalarının qatillərini axtarır. Bu şəxsləri tapmaq, məsuliyyətə cəlb etmək gərəkdir.

Belə hərəkətlər cəzasız qalmamalıdır və qalmayacaq da. Mən bilən, belə vəhşiliyə görə cərimənin məbləği 500 manata qədər artırılıb”, - L.Əlizadə dedi.

 





09.07.2013    çap et  çap et