525.Az

Bu gün müəllimlər günüdür


 

Bu gün müəllimlər günüdür<b style="color:red"></b> Bu gün 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günüdür.

525.az-ın məlumatına görə, bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO imzalayıb.

Həmin gün YUNESKO-da müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində, o cümlədən Azərbaycanda oktyabrın 5-i müəllimlər peşə bayramını günü kimi qeyd edilir.

Müəllimlik bütün dövrlərdə və ölkələrdə ən şərəfli peşə hesab olunub. Bu adı daşıyanlara həmişə böyük hörmət və ehtiram göstərilib. Hətta ən böyük dahilər belə öz uğurlarına görə öncə müəllimlərinə borclu olduqlarını bildiriblər.

Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri var.

Qeyd edək ki, Azərbaycanda 7000-dən artıq təhsil müəssisəsində 330 mindən çox pedaqoq var. Onlardan təxminən 170 min nəfəri ümumtəhsil məktəblərində işləyir. Bakı şəhərinin ümumtəhsil müəssisələrində 31 minə yaxın müəllim çalışır ki, onlardan 90 faizi qadınlardır.

Qeyd edək ki, prezident İlham Əliyev müəllimlər günü ərəfəsində təhsil işçilərinin təltif edilməsi haqqında hər il sərəncam imzalayır.

S.QARAYEVA
 





05.10.2012    çap et  çap et