525.Az

"Xalq yazıçısı Elçin" adlı kitab sərgisi açıldı


 

"Xalq yazıçısı Elçin" adlı kitab sərgisi açıldı <b style="color:red"></b>

Mayın 13-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, professor, Əməkdar incəsənət xadimi, "İstiqlal", "Şərəf" və "Şöhrət" ordenli, Xalq yazıçısı Elçinin anadan olmasının 75 illiyi münasibətilə "Xalq yazıçısı Elçin" adlı geniş tərtibatda sərgi açılıb.

Sərgidə yazıçının Azərbaycan və xarici dillərdə olan əsərləri, tərtib etdiyi, redaktoru olduğu, rəy verdiyi, layihə rəhbəri olduğu, tərcümələri və haqqında olan kitablar, dövri mətbuat materialları sərgilənmişdir.

Sərgi bir həftə davam edəcək.

 





15.05.2018    çap et  çap et