525.Az

Azərbaycan qazilərinin Ankara görüşləri başlandı - Foto


 

Azərbaycan qazilərinin Ankara görüşləri başlandı  - <b style="color:red">Foto</b> Azərbaycan Respublikası Prezident Administrasiyasının, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olan qazilərdən, ehtiyatda olan zabitlərdən və hərbiyönümlü QHT rəhbərlərindən ibarət Azərbaycan nümayəndə heyəti ilk olaraq Türkiye Müharip Gaziler Derneyinin Mərkəzi Qərargahında oldular.

Bu sahədə iki tərəfli əməkdaşlığın perispektivlərindən, keçirilən görüşlərin əhəmiyyətindən söz açıldı.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elçin Nəcəfov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi polkovnik-leytenant Elşən Qarayev, Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq dəstə komandiri, Azərbaycan bayrağı ordenli ehtiyatda olan polkovnik Hikmət Ağayev, ehtiyatda olan polkovnik, Azərbaycan bayrağı ordenli, Ehtiyatda olan Zabitlərin Konfederasiyası İctimai Birliyinin İdarə Heyətinin üzvü Xətai Baxışov, Azərbaycanın Milli Qəhrəmanı, Ehtiyatda olan Zabitlərin Konfederasiyası İctimai Birliyinin İdarə Heyətinin üzvü, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu, Xüsusi Təyinatlı Qüvvələrin döyüşçü qaziləri, general Ərdoğan Karakuş, polkovnik Şükrü Tandoğan və digərləri çıxış edərək fikirlərini bölüşdülər.

Görüşdən sonra nümayəndə heyətimiz Türkiyəli qazilərlə birgə qədim Ankara qalasını və digər tarixi məkanları ziyarət etdilər.
 
Azərbaycan nümayəndə heyətinin Ankara görüşləri davam edir.
 





15.05.2018    çap et  çap et