525.Az

"Elçibəy-80" yazı müsabiqəsi elan edildi


 

"Elçibəy-80" yazı müsabiqəsi elan edildi <b style="color:red"></b>

“Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsi Azərbaycan milli azadlıq hərəkatının Lideri, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin 80 illik yubileyi münasibəti ilə “Elçibəy-80” yazı müsabiqəsi elan edib. 

Komitədən APA-ya verilən məlumata görə, müsabiqədə istənilən şəxs iştirak edə bilər. Müsabiqəyə yazılar 12 min işarədən artıq olmamaq və indiyə qədər heç bir yerdə çap edilməmək şərti ilə təqdim edilməlidir.

Elektron portallarda, saytlarda və ya qəzetdə sonluğunda “Yazı “Elçibəy-80” yazı müsabiqəsinə təqdim edilir” qeydi ilə birlikdə çap edilmiş və ya sayta yerləşdirilmiş yazılar daha sonra münsiflər heyətinə təqdim edilməli və ya [email protected] elektron ünvanına göndərilməlidir. Müsabiqə 15 iyun 2018-ci ildə başa çatır. Mükafatlandırılma  mərasimi 20 iyun 2018-ci il tarixə nəzərdə tutulur. 

Müsabiqə üçün nəzərdə tutulmuş mükafat fondu: 

1 I yer üçün  1 500 manat

1 II yer üçün 1 000 manat

1 III yer üçün 5 00 manat 

10 həvəsləndirici yer üçün hərəyə 100 manat 

Yazı müsabiqəsinin münsiflər heyəti:

1. Ədalət Tahirzadə

2. Sabir Rüstəmxanlı

3. Ramiz Rövşən

4. Rüstəm Behrudi

5. Mehriban Vəzir

6. Qulu Məhərrəmli

7. Rauf Arifoğlu

8. Mehman Əliyev

9. Əvəz Zeynallı

10. Cavid İsmayıl

11. Çingiz Özgür

 





15.05.2018    çap et  çap et