525.Az

Biləsuvarda məktəblinin ölüm səbəbi məlum oldu - Yenilənib


 

Biləsuvarda məktəblinin ölüm səbəbi məlum oldu - <b style="color:red">Yenilənib </b>

Biləsuvarda məktəblinin ölüm səbəbi məlum olub. 

APA-nın cənub bürosunun məlumatına görə, 2006-cı il təvəllüdlü Əlyar Hüseynlinin məktəbdə dili qatlanıb (qıcolma). 

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, hadisə rayonun Dövrüşlü kəndində baş verib. Rayonun Amankənd kənd sakini, 2006-cı il təvəllüdlü Əlyar Ürfan oğlu Hüseynli məktəbdən çıxarkən halı pisləşib, sonradan isə vəfat edib. 

Ə. Hüseynlinin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə verilib. 

Faktla bağlı araşdırma aparılır. 

*** 18.02 

Biləsuvarda məktəbdə ölüm hadisəsi baş verib. 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Dövrüşlü kəndində qeydə alınıb.

Rayonun Amankənd kənd sakini, 2006-cı il təvəllüdlü Əlyar Ürfan oğlu Hüseynli məktəbdən çıxmaq istəyərkən qəflətən halı pisləşib, daha sonra isə o, vəfat edib. 

Ə. Hüseynlinin ölüm səbəbini müəyyən etmək üçün meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə verilib. 

Faktla bağlı araşdırma aparılır.

 





15.05.2018    çap et  çap et