525.Az

Yazıçı Kamran Nəzirli "Humay" milli mükafatına layiq görüldü


 

Yazıçı Kamran Nəzirli "Humay" milli mükafatına layiq görüldü<b style="color:red"></b>

"Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti və "Humay" Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan "Humay" milli mükafatının təqdimat mərasimi keçirilib.

"Humay" Milli Mükafatı Akademiyasının üzvləri tərəfindən hər il cəmiyyətin müxtəlif sahələrində fərqlənən şəxslərə verilir. Bu dəfə ədəbiyyat nominasiyası üzrə "Azərbaycan ədəbiyyatının təbliği və yayılması sahəsində xidmətlərinə görə" yazıçı Kamran Nəzirli "Humay" Milli mükafatına layiq görülüb. Mükafatı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar təqdim edib.

Qeyd edək ki, mükafata namizədlər Azərbaycanın yaradıcı ittifaqları və "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti tərəfindən irəli sürülür. Laureatlar "Humay" Milli Mükafatı Akademiyası üzvləri tərəfindən müəyyən edilir.

ŞAHANƏ

 





16.05.2018    çap et  çap et