525.Az

Səməd Seyidov: "Məni 3 saat dindirdilər, təsir göstərirdilər ki, etmədiyimiz əməli etiraf edək"


 

Səməd Seyidov: "Məni 3 saat dindirdilər, təsir göstərirdilər ki, etmədiyimiz əməli etiraf edək"<b style="color:red"></b>

“AŞPA-da yaradılan Müstəqil Araşdırma Qurumu 3 saat məni dindirib, onların suallarına cavab vermişəm”. 

APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ona qarşı qurum tərəfindən tətbiq olunan sanksiya ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. 

O qeyd edib ki, suallar hər şeyin təkrar soruşulmasından ibarət olub: “Bizə təsir edirdilər, deyirdilər ki, “sadəcə etiraf edin ki, burda başqa işlərlə məşğul olursunuz, o zaman sizin adınız heç bir siyahıya salınmayacaq, heç bir sanksiya tətbiq olunmayacaq” və sair və ilaxır. Təbii ki, etiraf etmədik, çünki bunlar uydurma idi, etiraf etmək mümkün deyildi. 

Bax, bunların məqsədi elə burdan da məlumdur. Qərəzli niyyətləri vardı, yerinə yetirdilər”.

 





17.05.2018    çap et  çap et