525.Az

Culfa-Ordubad avtomobil yolunun tikintisinə 30 milyon manat ayrıldı


 

Culfa-Ordubad avtomobil yolunun tikintisinə 30 milyon manat ayrıldı <b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Culfa–Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

APA-nın məlumatına görə, Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması işlərinin həyata keçirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 30 milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb. 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 





17.05.2018    çap et  çap et