525.Az

Ərdoğan: “İsrailin zülmünə razılıq verməyəcəyik”


 

Ərdoğan: “İsrailin zülmünə razılıq verməyəcəyik”<b style="color:red"></b>

Bütün dünya göz yumsa da, biz İsrail zülmünə razılıq verməyəcəyik. 

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. 

“Fələstinlilər yenidən repressiyaya məruz qaldılar. Fələstinli qardaşlarımıza hər cür vasitə ilə kömək etməyə davam edəcəyik. İsrailin hərəkətləri yol veriləndirsə, o zaman dünya quldurluğun hökm sürdüyü xaosa yuvarlanacaq”, - deyə, Ərdoğan qeyd edib. 

O həmçinin, Qəzzadakı hadisələrin fonunda BMT-ni tənqid edib: "BMT bu olaylar qarşısında bitib, tükənib, çöküb”.

 





17.05.2018    çap et  çap et