525.Az

Daha bir "Qobustan"


 

Daha bir "Qobustan"<b style="color:red"></b>

"Qobustan" sənət toplusunun yeni sayı işıq üzü görüb.

Toplu ənənəvi olaraq baş redaktordan "Qırx sətir" rubrikası ilə başlayır. Burada Vaqif Əlixanlı "Leyli və Məcnun"un yubiley tamaşasından söz açır. "İslam vurğunu Yeva de Vitray-Meyeroviç" məqaləsi də bu rubrikadadır. Camal Aydın "İslamın gülər üzünü görən xanım..." məqaləsində Meyeroviç haqqındakı fikirləri davam etdirir.

Firudin Qurbansoy "Qobustan"a müsahibəsində "Azərbaycandakı yer adları çox şeydən soraqçıdır" deyir. Müsahibəni F.Qurbansoyun "Həmişəyaşar Xızır-zində" məqaləsi izləyir.

"Dünyanı bəzəyənlər" bölməsində akademik İsa Həbibbəylinin Ömər Eldarovun 90 illik yubileyinə həsr olunmuş "Düşünən və düşündürən ustad", Azər Turanın "Azərbaycan həsrətlisi Səlim Turan", Ziyadxan Əliyevin "Miniatür: sənət növü, ya üslub?", Fizzə Quliyevanın "Naxçıvan xalçalarında buta..." məqalələri yer alıb.

"Sarı sim" rubrikasında Mustafa Çəmənli "Mütəllim segahı" essesi, vokalçı İlham Nəzərovun Narıngül Nadirlə, Fəraməz Gərmrudinin Saminə Hidayəqızıyla müsahibələr, Nərgiz Əhmədova-Abdullayevanın "Ərğənun özümüzə qayıdır..." və "YUNESKO Kamançanı- bizimki tanıdı..." məqalələri dərc olunub.

"Pərdə arxası" bölməsində oxucular Məsməxanım Qubadovanın "Faciə aktyorunun faciəli ölümü..." H.Ərəblinskinin ölümünə gecikmiş nekroluqunu, Esmira Nəzərlinin Xalq artisti Murad Yegizarov haqqında "Qəhrəmansız...ən vacib müsahibə" portret yazısını oxuyacaqlar.

"Beş yarpaq" bölməsinin ilk yazısında Elçin Qaliboğlu "Novruz havası" deyib. Allahverdi Eminovun "Oğurlanmış xəritənin sirri", Aydanın "Həmənki o Şliman...", Rahid Uluselin "Rum elinə bir baxış və yaxud Afinada fəlsəfi anımlar...", Xaləddin Sofiyevin "Post-strukturalizmdən post-modernizmə..." araşdırmaları da bu bölmədədir.

"Pillələr" rubrikası muzeyçiliyə həsr olunub. Elnarə Kərimovanın "Arxeoloji tapıntıların muzeydə təbliği", Çinarə Heydərovanın "Ekspozisiya məkanında informatik vasitələr", İlahə Həsənovanın "Gəncənin diyarşünaslıq irsində bölgə amili", Əli Abuzərovun "İnteraktiv muzey nəzəriyyəsində oyunların əhəmiyyəti" məqalələri bu qəbildəndir.

"Yazı pozu" rubrikasında bu dəfə amerikan dramaturqu Tennesi Uilyamsın qısa bioqrafiyası və "Odda doğulub ölən Simurğ...", "Tarakan dərmanı və yaxud Çexovun kölgəsi" adlı birpərdəli pyesləri təqdim olunub. Pyesləri dilimizə Ə.Vaqif tərcümə edib.

Şahanə MÜŞFİQ

 





17.05.2018    çap et  çap et