525.Az

"Simfonik muğamların balet tamaşalarında təcəssümü" mövzusunda elmi seminar


 

"Simfonik muğamların balet tamaşalarında təcəssümü" mövzusunda elmi seminar <b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) Baletmeyster sənəti, Klassik rəqs və Milli rəqs kafedralarının təşkilatçılığı ilə "Simfonik muğamların balet tamaşalarında  təcəssümü"  adlı elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Akademiyanın Baletmeyster sənəti kafedrasının müdiri, professor Lyudmila Həsənova qeyd edib ki, muğam bir çox xalqların milli-mənəvi dəyərlərinin və tarixi-mədəni əlaqələrinin qorunub saxlanılmasında, inkişafında müstəsna rol oynayıb: "Azərbaycan da öz növbəsində bu dəyərli sərvətə dünya səviyyəsində xüsusi qayğı və diqqətlə yanaşır. Əsrlərdir ki, nəsildən-nəsilə keçən muğam sənəti bu gün də Azərbaycanda inkişafının ən yüksək mərhələsini yaşayır".

L.Həsənova Üzeyir Hacıbəylinin "Koroğlu", Müslüm Maqomayevin "Şah İsmayıl" operalarında, eləcə də "Şur", "Rast", "Şüştər" muğamlarının balet tamaşalarında təcəssümünün özəlliyini və ahəngliyini də vurğulayaraq gələcəyimiz olan gənc nəslə bu sərvəti layiqincə çatdırmağın önəmindən bəhs edib.

Daha sonra BXA-nın konsertmeyter və pedaqoqu Nigar Mirzəyeva "Muğam-ilahi qüvvənin mənbəyi kimi", Əməkdar artist Eteri Cəfərova "Rast", "Şur", "Şüştər" muğamları üzərindəki "Səməni", "Sarı gəlin", "Uzun dərə", "Tərəkəmə" rəqsləri, BXA-nın Klassik rəqs kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi Mayra Almaszadə Üzeyir Hacıbəyli "Koroğlu" və Müslüm Maqomayevin "Şah İsmayıl" operalarında muğam təməlləri, BXA-nın Baletmeyster  sənəti kafedrasının müdiri, professor Lyudmila Həsənova "Fikrət Əmirovun "Şur" simfonik muğamının xoreqrafik həlli", BXA-nın baş müəllimi, dissertant Lalə Hüseyinli "Niyazi "Rast" simfonik muğamı. "Rast" baleti", BXA-nın magistrantı Cəmilə Kərimova "Nazim Əliverdibəyov "Muğam" adlı məruzələrlə çıxış ediblər.

Tədbirdə mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.

MEHRİ

 





17.05.2018    çap et  çap et