525.Az

İqtisadiyyat naziri Ağcabədidə vətəndaşları qəbul edəcək


 

İqtisadiyyat naziri Ağcabədidə vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Mayın 18-də iqtisadiyyat naziri Şahin Mustafayev Ağcabədidə vətəndaşları qəbul edəcək.

Nazirlikdən verilən məlumata görə, görüşdə Ağdam, Laçın və Ağcabədi sakinləri iştirak edə bilərlər.

Vətəndaşların qəbulu saat 11:00-dən etibarən Bayraq Muzeyinin inzibati binasında (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyli küçəsi) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün nazirliyin "[email protected]" elektron poçt ünvanı və (012) 493-14-56, (012) 493-88-67 (daxili 21-05) və (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), nazirliyin 195-2 - Çağrı mərkəzi, həmçinin, nazirliyin Aran regional bölməsi (əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 337-82-81, (055) 206-88-52, elektron poçt ünvanı: "[email protected]") vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin "www.economy.gov.az" internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və nazirliyin "Facebook" səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.

Eyni zamanda, bildirilir ki, iqtisadiyyat nazirinin Göygöldə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

CEYHUN

 





17.05.2018    çap et  çap et