525.Az

BDU Qazaxıstan universiteti ilə əməkdaşlıq edəcək


 

BDU Qazaxıstan universiteti ilə əməkdaşlıq edəcək<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Qazaxıstanın Ş.Esenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin rektoru Berik Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə BDU ilə Xəzər Dövlət Texnologiya və Mühəndislik Universiteti arasında anlaşma memorandumu imzalanıb. Sənəddə müəllim-tələbə mübadiləsi, birgə seminar və konfransların, yay məktəblərinin təşkili, qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsi və digər məsələlər nəzərdə tutulub.

Rektor, akademik Abel Məhərrəmov 100 illik yubiley ərəfəsində olan BDU-nun tarixi, bu günü, beynəlxalq əlaqələri barədə məlumat verib. A.Məhərrəmov Əl Fərabi adına Qazaxıstan Milli Universiteti, L.Qumilyov adına Avrasiya Milli Universiteti, Qorqud Ata Dövlət Qızılorda Universiteti və Qazaxıstanın digər ali təhsil müəssisələri ilə əməkdaşlıqdan danışıb.

Rektor Berik Əhmədov rəhbərlik etdiyi universitet barədə ətraflı məlumat verib, təmsil etdiyi müəssisənin çoxprofilli olduğunu, beynəlxalq əlaqələrin genişlənməsində, həmçinin, BDU ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.

Sonra qonaqlar universitetin Heydər Əliyev Muzeyində, nanoaraşdırmalar laboratoriyasında, Abay Kunanbayev adına Qazax Mərkəzində, təkamül təlimi muzeyində və digər elmi-tədqiqat mərkəzlərində olublar.

S.QARAYEVA

 





17.05.2018    çap et  çap et