525.Az

Vəsilə Vahidqızı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi təyin edildi


 

Vəsilə Vahidqızı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi təyin edildi<b style="color:red"></b>

İctimai Televiziyanın şöbə müdiri və aparıcısı Vəsilə Vahidqızı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsinə təyin olunub.

Bu barədə APA-ya Dövlət Komitəsindən məlumat verilib. 

"Vəsilə Vahidqızı İTV-də bir sıra aktual mövzularla yanaşı, diaspor mövzusunda da müzakirələrin aparıcısı olub. Bundan sonra da Dövlət Komitəsi dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatları, Azərbaycan icmaları və ayrı-ayrı soydaşlarımızın fəaliyyəti bağlı ictimaiyyəti məlumatlandırmaqda davam edəcək. 

Dövlət Komitəsi İTV ilə birgə ixtisaslaşmış televiziya proqramını tamaşaçılara təqdim etməyi planlaşdırır. 

Bu layihə çərçivəsində Vəsilə Vahidqızı İTV ilə əməkdaşlığını davam etdirəcək", - deyə məlumatda bildirilir.

 





17.05.2018    çap et  çap et