525.Az

Edvard Körtisin Bakıda foto-sərgisi keçirilir


 

Edvard Körtisin Bakıda foto-sərgisi keçirilir<b style="color:red"></b>

Bakıda Edvard Körtisin 52 əsərdən ibarət “Çərçivədən kənar mənsubiyyət” adlı fotosərgisi açılıb. 

ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, sərgi səfirliyin sponsorluğu ilə 17-22 may tarixlərində Azərbaycan Xalça Muzeyində keçiriləcək. 

Sərgiyə giriş sərbəstdir. 

Yerli Amerika insanları və mədəniyyəti barədə əsas hekayəçi olan Edvard Şeriff Körtis (1868-1952) amerikan mədəniyyəti tarixində unikal yer tutur. 

Yerli amerikalıların həyatını sənədləşdirmək həvəsinə düşən Körtis Sietldə uğur qazandığı öz foto studiyasını tərk edib və bütün həyatını bu layihəyə həsr edib. 

Edvard Körtis 1900-1930-cu illər arasında Şimali Amerikada 80-dən çox qəbiləni ziyarət edib, on minlərlə fotoşəkil və səs yazısı, habelə yarım milyondan çox sözdən ibarət mətn ərsəyə gətirib. Nəticədə Amerika həyatının mühüm hissəsinin vizual tarixi kimi bu gün də məşhur olan yerli amerikalılar barədə 20 cildlik əsər yaradılıb. 

"Fundamental prinsiplər və idealları sayəsində zamanının proqressiv liderlərindən biri olmuş Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi ərəfəsində, Amerika Birləşmiş Ştatlar tarixinin sözügedən hissəsi ilə bölüşməkdən qürur duyur. Azərbaycan özünü ilhamlandıran nailiyyətlərini qeyd etdiyi bir vaxtda biz daha güclü, daha yaxşı və daha ədalətli cəmiyyətin formalaşmasına təkan verən məqamları vurğulayırıq", - deyə məlumatda bildirilir.

 





17.05.2018    çap et  çap et