525.Az

Alpinist Namin Bünyatzadə dəfn olundu


 

Alpinist Namin Bünyatzadə dəfn olundu<b style="color:red"></b>

Ötən gün meyiti tapılan alpinistlərdən biri Namin Bünyatzadə Şəmkir rayonunda dəfn olunub. 

APA-nın qərb bürosunun xəbərinə görə, mərhum Şəmkirin Çinarlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Meyiti tapılan alpinistlərdən biri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı isə Masallı rayonunun Şərəfə kəndində dəfn olunub. 

Qeyd edək ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar. 

Dekabrın 27-dən FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.

 





18.05.2018    çap et  çap et