525.Az

Daha bir rayonun polis rəisi təqaüdə göndərildi


 

Daha bir rayonun polis rəisi təqaüdə göndərildi <b style="color:red"></b>

Xızı rayonunun polis rəisi təqaüdə göndərilib. 

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Xızı rayon Polis Şöbəsinin rəisi Elmar Usubov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib. 

Onun yerinə hələlik təyinat yoxdur. 

Qeyd edək ki, bir neçə gün əvvəl Astaranın polis rəisi Adil Həsənov da təqaüdə göndərilib.

 





18.05.2018    çap et  çap et