525.Az

Ağ Ev: “Tramp Kim Çen Inla görüşə hazırdır”


 

Ağ Ev: “Tramp Kim Çen Inla görüşə hazırdır”<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp əvvəlki kimi Şimali Koreya lideri Kom Çen Inla görüşməyə hazırdır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Ev nümayəndəsi Sara Sanders deyib. 

“Prezident hazırlanıb və görüşə hazır olacaq. Hazırlıq davam etməkdədir”, - deyə, S.Sanders bildirib.   

Onun sözlərinə görə, Tramp ABŞ-KXDR sammitindən əvvəl Cənubi Koreya prezidenti Mun Çje İnlə görüşəcək.    

Qeyd edək ki, ABŞ və KXDR liderlərinin görüşünün iyunun 12-də Sinqapurda keçiriləcəyi gözlənilir. KXDR bir neçə gün əvvəl ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlər keçirməsi  səbəbindən görüşdən imtina edəcəyi ilə hədələyib.

 





18.05.2018    çap et  çap et