525.Az

Cina Haspelin MKİ direktoru vəzifəsinə təyinatı təsdiqləndi


 

Cina Haspelin MKİ direktoru vəzifəsinə təyinatı təsdiqləndi<b style="color:red"></b>

ABŞ Senatı Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə Cina Haspelin təyinatını təsdiqləyib. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, senatorların əksəriyyəti prezident D.Trampın MKİ rəhbəri vəzifəsinə irəli sürdüyü C.Haspelin namizədliyini dəstəkləyib.   

Qeyd edək ki, C.Haspel ABŞ-ın əsas kəşfiyyat qurumlarından biri hesab edilən  MKİ-yə rəhbərlik edəcək ilk qadındır. Təyinatadək C.Haspel MKİ direktoru müavini vəzifəsində çalışıb.

 





18.05.2018    çap et  çap et