525.Az

Meksika səfiri Fərhad Bədəlbəyli ilə görüşdü


 

Meksika səfiri Fərhad Bədəlbəyli ilə görüşdü<b style="color:red"></b>

Dünən Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli ilə görüşüb.

Səfirlikdən verilən məlumata görə, görüşdə Azərbaycanla Meksika arasında mədəniyyət sahəsində əlaqələr müzakirə olunub.

Görüşdə Meksikanın Azərbaycandakı Səfirliyi ilə Bakı Musiqi Akademiyasının mümkün əməkdaşlığından bəhs olunub.

Qeyd edək ki, mayın 21-dən 23-dək Bakıda məşhur Meksika pianoçusu Argentina Dura konsert verəcək. Konsert proqramı XIX və XX əsr Meksika bəstəkarlarının əsərlərindən ibarət olacaq.

O, həmçinin, Bakı Musiqi Akademiyası və Rəşid Behbudov adına Dövlət Musiqili Teatrının konsert zallarında master-klasslar keçəcək.

CEYHUN

 





18.05.2018    çap et  çap et