525.Az

Günay Əfəndiyeva Türk PA-nın baş katibiylə görüşdü


 

Günay Əfəndiyeva Türk PA-nın baş katibiylə görüşdü<b style="color:red"></b>

Bu gün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) baş katibi Altınbek Mamayusupov ilə görüş keçirib.

Görüş zamanı, G.Əfəndiyeva rəhbərlik etdiyi fondun hazırkı və gələcək fəaliyyəti, Türk dünyasına xas mədəniyyət və irsin qorunması, təşviqi və dünyaya tanıdılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib.

G.Əfəndiyeva 2018-ci ilin Türk dünyası üçün əlamətdar hadisələrlə zəngin olduğunu vurğulayaraq, türkdilli xalqların dahi şəxsiyyətlər və böyük ictimai-siyasi xadimlərinin işiqlı xatirələrinə həsr olunan tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib. Bu çərçivədə, o, Türk PA-nın mənzil-qərərgahında keçirilən Türk dünyasının böyük mütəffəkiri Çingiz Aytmatovun 90 illik yubileyi münasibətilə keçirilən tədbirin əhəmiyyətini vurğulayıb.

Baş katib A.Mamayusupov isə gələcəkdə bu cür tədbirlərin iki qardaş təşkilatın birgə keçirməsinin Türk dünyasına töhvə verəcəyinə inamını ifadə edib. O, cari il ərzində Türk PA-nın həyata keçirməyi nəzərdə tutduğu layihələrdən söz açıb, bu yaxınlarda təşkilatın 10 illik yubileyi münasibəti ilə tədbir keçiriləcəyini bildirib.

Görüş zamanı, həmçinin, cari ilin sentyabr ayında Astanada keçirilməsi planlaşdırılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI zirvə toplantısında gündəmə gətiriləcək mühim məsələlər üzrə fikir mübadiləsi aparılıb, bu toplantının Türkdilli ölkələrin ortaq əməkdaşlığının və hərtərəfli əlaqələrin inkişafının daha da möhkəmlənməsinə təkan verəcəyi qeyd olunub.

Sonda qurumlar arasında əməkdaşlığın cari vəziyyəti və inişaf perpektivləri, o cümlədən, birgə həyata keçiriləcək proqramlar barədə danışıqlar aparılıb. 

CEYHUN

 





18.05.2018    çap et  çap et