525.Az

ABŞ və Cənubi Koreya KXDR-ın etirazından sonra birgə təlimi dayandırdılar


 

ABŞ və Cənubi Koreya KXDR-ın etirazından sonra birgə təlimi dayandırdılar<b style="color:red"></b>

ABŞ və Cənubi Koreya Donald Trump və KXDR lideri Kim Çen In arasında keçiriləcək görüş  ərəfəsində Pxenyanın narazılığına səbəb olan birgə hərbi təlimlərini dayandırıblar. 

APA-nın məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti amerikalı yüksək rütbəli şəxslərə istinadən yazıb. 

Məlumata əsasən, təlimlər rəsmi Seulun təşəbbüsü ilə dayandırılıb. Cənubi Koreya rəhbərliyi  ABŞ-KXDR sammiti ərəfəsində təlimlərin keçirilməsinin yarımadada gərginliyin artmasına səbəb ola biləcəyindən narahatlığını ifadə edib. 

Bundan əvvəl KXDR Cənubi Koreya ilə mayın 16-na planlaşdırılmış yüksək səviyyəli danışıqlardan imtina edib. Rəsmi Pxenyan həmçinin ABŞ-la planlaşdırılmış birgə sammitdən də imtina edəcəyi ilə hədələyib.

 





19.05.2018    çap et  çap et