525.Az

АBŞ-da məktəbdə atışma: 10 ölü, 10 yaralı - Yenilənib


 

АBŞ-da məktəbdə atışma: 10 ölü, 10 yaralı - <b style="color:red">Yenilənib </b>

ABŞ-ın Santa-Fe şəhərində məktəbdə baş verən silahlı insident nəticəsində 10 nəfərin öldüyü təsdiqlənib. 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Texas ştatının qubernatoru Qreqq Ebbott bildirib. 

“10 nəfər həyatını itirib, daha 10 nəfər yaralanıb. Bu faciənin təkrarlanması üçün əlimizdən gələni etməliyik”, deyə qubernator bildirib. 

CNN telekanalının xəbərinə görə, 17 yaşlı şagird sinifə daxil olaraq ətrafdakılara atəş açıb. İlkin məlumata görə, nəticədə 9 məktəbli və 1 müəllim ölüb. Hadisənin motivi hələ ki, bəlli deyil. 

ABŞ prezidenti Donald Tramp ölənlərin ailələrinə baş sağlığı verib və bildirib ki,  rəhbərlik etdiyi administrasiya məktəblilərin həyatlarını qorumaq üçün əlindən gələni əsirgəməyəcək. 

*** 18.08.18, 22:08 

ABŞ-ın Santa-Fe şəhərində baş verən silahlı insident nəticəsində 9 şagird və 1 müəllim ölüb. 

APA-nın məlumatına görə, bu barədə MSNBC telekanalı xəbər verib. 

Məlumata əsasən, hadisə zamanı 3 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Təhsil ocağının rəhbərliyi məktəbdə partlayıcı qurğuların aşkar edildiyini bildirib. Hazırda onlar istehkamçılar tərəfindən zərərsizləşdirilir. 

İlkin məlumata əsasən, məktəbdə atəşi 17 yaşlı şagird açıb. İnsidentlə əlaqədar 2 nəfər saxlanılıb. 

*** 18.08.18, 20:11 

ABŞ-ın Santa-Fe şəhərində (Texas ştatı) məktəbdə silahlı insident baş verib. 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 10 nəfər ölüb, 3 nəfər yaralanıb. 

İlkin məlumata əsasən, insidentlə əlaqədar 2 nəfər saxlanılıb. 

CNN telekanalının xəbərinə görə, silahlı şəxs sinifə daxil olaraq atəş açıb. 

Hadisənin digər təfərrüatları və atəş açan şəxsin kimliyi barədə hələ ki, məlumat verilmir.

 





19.05.2018    çap et  çap et