525.Az

Azərbaycan qaziləri İstanbul rəhbərliyi ilə görüşdülər - Fotolar


 

Azərbaycan qaziləri İstanbul rəhbərliyi ilə görüşdülər - <b style="color:red">Fotolar </b>

Azərbaycan nümayəndə heyətinin Türkiyənin İstanbul şəhərinə səfəri başlayıb.

Öncə İstanbulun Sarıyer bölgəsində Ulu Öndər Heydər Əliyevin adına salınmış parka gələn nümayəndə heyəti Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirəsini ehtiramla yad ediblər.

Ziyarətdən sonra heyət İstanbulda təşkil olunan Atatürkü Anma Gənclik və İdman Bayramına qatılıb. Bayram tədbirində Türkiyə Silahlı Qüvvələrinin, İstabul Qarnizonun komandiri, ordu generalı Musa Avsevər, İstanbul valisi Vasip Şahin, İstanbul Bələdiyyəsinin sədri Mevlüt Uysal və digər şəxslər iştirak ediblər.

Tədbirdən sonra Musa Avsevər, Vasip Şahin nümayəndə heyətimizlə görüşüblər. Nümayəndə heyəti adından İstanbul valisinə xatirə hədiyyəsi təqdim edilib.

Xatırladaq ki, səfər Azərbaycan Prezidenti Administrasiyasının, Gənclər və İdman Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

Görüşlər davam edir.

 





20.05.2018    çap et  çap et